“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətin payı 76,73 faizədək artırılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətin payı 76,73 faizədək artırılıb
28 2017 16:12

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalında dövlətin payı 54,96 faizdən 76,73 faizədək artırılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu artım Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2016-cı ilin dekabr ayında bankın nizamnamə kapitalının 600 milyon manat məbləğində artırılması ilə əlaqədar sonuncu səhm buraxılışının 2017-ci ilin yanvar ayının 26-da qeydiyyata alınmasının nəticəsi olub.

Maliyyə Nazirliyi bildirir ki, bankın maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş bütün zəruri tədbirlər 2017-ci ildə də davam etdiriləcək.

Bu tədbirlərə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli kreditlərinin qalan hissəsinin satın alınması prosesinin başa çatdırılması, 2016-cı il üzrə maliyyə hesabatlığı nəzərə alınmaqla banka ehtiyac yarandıqca əlavə kapital dəstəyinin verilməsi, habelə bunlarla məhdudlaşmayan digər tədbirlər daxildir.

Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə birlikdə yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üzrə zəruri addımlar atır və bu barədə əlavə məlumat veriləcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.