Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığortaçı müəyyən edilib.
“AtaSığorta” ASC Dövlət Neft Fondu əməkdaşlarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, artıq sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb.
Qeyd edək ki, “AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.