“Arial” və “Times New Roman” sanksiyaya düşdü

“Arial” və “Times New Roman” sanksiyaya düşdü
12 Dek 2016 15:07

Rusiyanın “Astra Linux” əməliyyat sistemini işlədən “QHT RusBİTex” məşhur “Arial”, “Verdana”, “Tahoma”, “Times New Roman” şriftlərindən istifadə edə bilməyəcək. 

Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, Amerikanın “Monotype Imaging” şirkəti onları sanksiyalara istinad edərək satmaqdan imtina edib. 

Məlumata görə, ABŞ-da “QHT RusBİTex” Müdafiə Nazirliyinə işləməkdə ittiham edilib. 

Rusiya istehsalçılarının sözlərinə görə, rusiyalı və amerikalı şirkətlər şriftləri yerli “Astra Linux”a daxil etmək üçün uğurlu danışıqlar aparırdılar. Amma danışqılar son məqamda pozulub. “Monotype Imaging” Müdafiə nazirliyinin maraqlarında çalışan şirkətlər qarşı sanksiyalara istinad edib. Buna səbəb “QHT RusBİTex”in MAKS beynəlxalq aviasalonun işində iştirakına dair xəbərdarlıq olub.  


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.