“Apple AirPods” satışa çıxarılıb

“Apple AirPods” satışa çıxarılıb
14 Dek 2016 12:04

Sentyabrın əvvəlində “Apple” şirkəti "iPhone 7” və “iPhone 7 Plus” smartfonları ilə birlikdə simsiz “AirPods” qulaqcığını təqdim edib. Qulaqcıq oktyabrın sonlarında satışa çıxarılmalı olsa da, bu, naməlum səbəblərdən təxirə salınıb. Təsdiq olunmamış məlumatlara görə, “Apple” səsin adi simsiz qulaqcıqlarda olduğu kimi ardıcıl deyil, eyni anda iki qulaqcığa ötürülməsi problemi ilə üzləşib. Hər halda, “AirPods” qulaqcığının “Apple”ın rəsmi saytında satışa çıxarılmasına görə şirkətin artıq bütün problemləri həll etdiyini düşünmək olar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qulaqcıqda səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün yaradılan “Apple W1” prosessorundan istifadə olunur. “AirPods” qulaqda taxılmanı bildirən infraqırmızı sensorlarla təchiz edilib. Bundan başqa, qurğuda qulaqcığa iki dəfə toxunmaqla “Siri” səsli köməkçisini aktivləşdirməyə imkan verən quraşdırılmış akselerometr yer alıb, eləcə də hər bir qulaqcıq mikrofonla təchiz edilib. Həmçinin “AirPods” bütün “Apple” qurğuları ilə uyğunluq təşkil edir və onlar arasında avtomatik dəyişir.

Şirkət nümayəndələrinin sözlərinə görə, qulaqcığı bir dəfə enerji ilə doldurmaqla 5 saat istifadə etmək olar. Enerjinin doldurulması enerjisi 24 saat musiqini dinləməyə kifayət edən xüsusi birləşdirici stansiya vasitəsilə edilir. Qeyd edilməlidir ki, qulaqcıq birləşdirici stansiyanın qapağı açılandan dərhal sonra qurğuya qoşulur.

ABŞ və Rusiyada satışa çıxarılan “AirPods” qulaqcığının tədarükünə iki həftədən sonra başlamaq nəzərdə tutulur.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.