“Microsoft” şirkəti “Android” platforması üçün yeni “Skype Mingo” əlavəsini test rejimində istifadəyə verib.
AZƏRTAC-ın “belta.by” saytına istinadən məlumatına görə, mahiyyətcə bu əlavə “Skype” standart versiyasının genişləndirilmiş əlavəsidir. Yeni əlavədə dəyişdirilmədən qalan əsas funksiyalardan başqa, bir sıra yeni imkanlar da yaradılıb.
Bundan başqa, “Skype Mingo” əlavəsində bütün kontaktları və SMS-ləri birbaşa olaraq əlavənin içindən idarə etmək mümkündür.
Əlavənin loqotipi də dəyişikliksiz qalmayıb. Böyük “S” hərfinin əvəzinə mavi fonda “M” hərfi yazılmağa başlayıb.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.