“Ağıllı” telefonları 20 dəqiqə ərzində enerji ilə tam təchiz edən cihaz hazırlanıb

“Ağıllı” telefonları 20 dəqiqə ərzində enerji ilə tam təchiz edən cihaz hazırlanıb
06 2017 09:24

Çinli telefon istehsalçıları dünya telefon bazarını təəccübləndirməkdə davam edirlər. Onların təqdim etdikləri dizayn və yeniliklər texnologiya nəhənglərinə sanki dərs verir. Telefon istehsalı ilə məşğul olan “Meizu” şirkəti sürətli enerji təminatı texnologiyası sahəsində mühüm işlər aparır. Belə ki, şirkət artıq “Super mcharge” sürətli doldurma texnologiyasını təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, cihaz bir “ağıllı” telefonu 20 dəqiqəyə tam enerji ilə təchiz edir. Texnologiya şirkətlərinin diqqət mərkəzində olan “Super mcharge”in hansı telefonlar üçün nəzərdə tutulduğu hələlik bəlli deyil. Cihazın bu ilin sonu və ya gələn ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

Şirkətin rəhbərliyinin sözlərinə görə, hazırda “Super mcharge”in sınaq mərhələsi uğurla davam etdirilir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.