“Açıq Hökumət Məlumatları” portalında məlumatların sayının artırılıması ilə bağlı işlərə başlanılıb

“Açıq Hökumət Məlumatları” portalında məlumatların sayının artırılıması ilə bağlı işlərə başlanılıb
15 2017 14:23

“Açıq Hökumət Məlumatları” portalında məlumatların sayının artırılıması ilə bağlı işlərə başlanılıb.

Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Açıq Hökumət Məlumatları” mövzusunda görüş keçirilib.

Nazirliyin bütün strukturlarını əhatə edən görüşdə “Açıq Hökumət Məlumatları” portalı, açıq məlumatlar, bu məlumatlar üzərindən hazırlanmış mobil tətbiqlər və bu tətbiqlərin dünya iqtisadiyyatına gətirdiyi gəlir, eyni zamanda portalda açıq məlumatların sayının artırılması barədə müzakirələr aparılıb.

Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini Elçin Əliyev açıq məlumatların “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu vurğulayıb. Elçin Əliyev artıq 2 ildir ki, vətəndaşların ixtiyarında olan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili imkanları hesabına yaradılmış “data.gov.az” adlı “Açıq Hökumət Məlumatları” portalında 25 adda məlumat yer aldığını qeyd edib.

MHM-in baş mütəxəssisi Nadir Rəsulov isə “Açıq Hökumət Məlumatları” portalında açıq məlumatların sayının artırılmasını qarşıya məqsəd qoyulduğunu nəzərə çatdırıb. Bu məqsədlə nazirliyin bütün strukturlarından öz səlahiyyətləri çərçivəsində ictimai əhəmiyyətli məlumatları kompüter proqramı tərəfindən oxunaqlı formata gətirərək, hökumət portalına yerləşdirmək tələb olunur. Nadir Rəsulov qeyd edib ki, hansı məlumatları açıq etmək istəyi hər bir qurumun öz səlahiyyəti çərçivəsindədir, açıq edilən məlumatlar formatı isə müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olmalıdır.

Daha sonra “Açıq Hökumət Məlumatları” portalı haqda keçirilən təqdimatda iştirakçılara “açıq hökumət, açıq məlumatlar, açıq servislər”lə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, sahibkarlara dəstək, startapların və vətəndaş cəmiyyətinin inkişafı, açıq hökumət məlumatlarının əsas istiqamətləridir. Bu məqsədlə hər kəs fəaliyyət göstərdiyi qurumun mülkiyyətində olan müvafiq məlumatların “Açıq Hökumət Məlumatları” portalına yerləşdirilməsini təmin etmək üçün təşəbbüs göstərməli və bu sahənin inkişafına dəstək olmalıdır.

Görüşdə məlumatların açıq edilməsi və portalın texniki məsələləri ilə bağlı MHM-in Yeni Texnologiyalar şöbəsinin müdiri Cəmşid Naxçıvanski ətraflı məlumat verib.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.