“Abşeronneft”in özüllərində yeni paylayıcı qurğular istismara verilib

“Abşeronneft”in özüllərində yeni paylayıcı qurğular istismara verilib
06 2017 14:36

 “Azneft” İB-nin obyektlərində uzun müddət istismarda olan elektrik sisteminin yenilənməsi işləri davam etdirilir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Birliyin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində də bu istiqamətdə işlər görülür, istismar müddəti başa çatan elektrik xətləri, paylayıcı qurğular yenilənir, şəbəkə müasir tipli avadanlıqlarla təchiz olunur. SOCAR-ın ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihələri əsasında “Neftqaztikinti” Tresti tərəfindən yeni yeraltı və sualtı kabel, eləcə də hava elektrik ötürücü xətləri çəkilib, güc transformatorları, paylayıcı qurğular və paylayıcı şitlər quraşdırılıb, yeni yarımstansiyalar istismara verilib. Estakadaüstü paylayıcı qurğular və onlar arasında kabel xətləri yenilənib, paralel olaraq sualtı kabel xətləri yeni paylayıcı qurğulara köçürülərək təmir olunub. 401 saylı köhnə qəzalı estakadayanı meydançadan 190 və 250 saylı stasionar dəniz özüllərinə çıxan 3 ədəd 6 kV-luq sualtı kabel əsaslı təmir olunaraq 290 saylı özülə köçürülüb. 562-401 saylı estakadayanı meydançalararası qəzalı hissədən estakadaüstü 2 ədəd 6 kV-luq kabelin istismarının təhlükəsizliyini təmin etmək məqsədi ilə 1 km uzunluğunda eyni güclü yeni əvəzedici sualtı kabel xətti çəkilib.

“Darvin bankası” yatağında 670-720 saylı dəniz özülləri arasındakı dairəvi elektrik enerji təchizatının təminatı üçün 1,3 km uzunluğunda yeni sualtı kabel xətti çəkilib, estakada üzərindəki paylayıcı qurğular və onların hidrotexniki hissələri yenilənib, paylayıcı qurğularda layihəyə uyğun elektrik avadanlıqları quraşdırılaraq istismara verilib.

“Azneft”də enerji infrastrukturunun daha da təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.


15 Apr 2021
İqtisadiyyat

Azərbaycanda mutant pambıq sortları yaradılacaq

Azərbaycanda xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq.

15 Apr 2021
İqtisadiyyat

Peyvənd olunanların nəzərinə: İynənin vurulduğu yerdə 72 saat ərzində... - VİDEO

“Peyvənd vurdurduqdan sonra heç bir əlamət ortaya çıxmayan şəxslərdə peyvəndin effektivliyi nisbətən aşağı olur”.

14 Apr 2021
İqtisadiyyat

Türkiyə ilə gömrük sahəsində əməkdaşlığa dair yeni sənəd imzalandı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.