Dövlət İmtahan Mərkəzi (DİM) “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”, tam orta təhsil (11 illik) səviyyəsi üzrə buraxılış imtahanı proqramları, test tapşırığı nümunələri və onların düzgün cavablarını “Abituriyent” jurnalının növbəti xüsusi buraxılışında nəşr etdirib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnaldakı materiallar şagirdlərə imtahana səmərəli hazırlaşmağa, müəllimlərə isə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa kömək edəcək.
Jurnalı DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər”.
“Mənim ailəm çörək tapmır. Həyat yoldaşım qabyuyan işləyirdi, o da işdən çıxıb. Köməyə ehtiyacım var”, - kimi sözlər işlətməmişəm”.