“ASAN kommunal” vətəndaşlara xidmət göstərməyə başlayıb

“ASAN kommunal” vətəndaşlara xidmət göstərməyə başlayıb
16 2017 13:38

“ASAN kommunal” vətəndaşlara xidmət göstərməyə başlayıb. Bununla əlaqədar jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev xatırladıb ki, Prezident İlham Əliyevin ötən ilin mayında imzaladığı Fərmanla “ASAN kommunal” mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə “ASAN kommunal” xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü. Ötən ilin dekabrında dövlətimizin başçısının iştirakı ilə “ASAN kommunal” Mərkəzinin açılışı oldu və 2017-ci il yanvarın 15-dən etibarən Bakının Binəqədi, Nərimanov və Nəsimi rayonlarının vətəndaşları bu pilot layihədən istifadə etməyə başladılar. Ötən gün ərzində 54 sakin “ASAN kommunal”ın xidmətlərindən istifadə edib. “Azərsu”, “Azərişıq”, “Azəriqaz” 45 növ kommunal xidməti üzrə vətəndaşların müraciətlərinə baxırlar. Burada, həmçinin özəl sektor da vətəndaşlara xidmət göstərir. Belə ki, bank və sığorta xidmətləri bu mərkəzdə fəaliyyətdədir.

Sədr müavini diqqətə çatdırıb ki, kommunal xidmətlər təkcə kommunal ödənişlərindən ibarət deyil. Bu ödənişlər kommunal xidmətlərin bir hissəsidir və onlar ödəmə terminalları və internet vasitəsilə ödənilə bilər. Ötən il Prezident nağdsız ödənişlərlə bağlı Qanunu da təsdiq edib. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, bütün dövlət ödənişləri, rüsumlar, cərimələr, o cümlədən kommunal ödənişlər nağdsız qaydada ödənilməlidir. Bu məqsədlə yeni yaradılan xidmətdə “ASAN ödəniş” terminalları da fəaliyyət göstərir. Vətəndaşlar heç kimə yaxınlaşmadan bu terminallar vasitəsilə ödənişlərini edəcəklər.

“ASAN kommunal” ilk pilot layihə olaraq 1 saylı “ASAN xidmət” Mərkəzinin tərkibində fəaliyyətə başlayıb. Bundan sonra Bakı Dəmiryol Vağzalında və Xətai rayonunun Ukrayna dairəsi ərazisində “ASAN kommunal” mərkəzləri fəaliyyətə başlayacaq. Növbəti illərdə bu xidmət regionlarda da fəaliyyət göstərəcək. Bu il ərzində bütün Bakı sakinləri “ASAN kommunal” xidmətdən yararlana biləcəklər.


4 Okt 2023
Cəmiyyət

Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü - SİYAHI + FOTO

Oktyabrın 4-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.

4 Okt 2023
Cəmiyyət

Xankəndidə bir küçəyə Ənvər Paşanın adı verildi

Xankəndidə küçələrdən birinə Ənvər Paşanın adı verilib.

4 Okt 2023
Cəmiyyət

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

3 Okt 2023
Cəmiyyət

Bu gün iki Milli Qəhrəmanımızın şəhadətə ucaldığı gündür - FOTO

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyevin və Yuri Kovalyovun şəhid olduqları gündür.