Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü
24 2024 13:48

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə görülən işlərdən danışıb.

Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bildirib.

Sonda general-polkovnik Z.Həsənov hərbi qulluqçuların qayğıları ilə maraqlanıb, onların fərdi hazırlığının inkişaf etdirilməsi, eləcə də bilik və bacarıqlarının artırılmasına dair şəxsi heyətə müvafiq tövsiyələr verib.


6 Sent 2024
Siyasət

Şəkinin daxili yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.

6 Sent 2024
Siyasət

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

6 Sent 2024
Siyasət

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

6 Sent 2024
Siyasət

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.

6 Sent 2024
Siyasət

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.