Yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib

Yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib
06 2017 17:19

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Sədərək rayonunun idmançıları da iştirak ediblər.

Yarışın yekun nəticəsinə əsasən, Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Heydər Nəcəfov, Heydər Heydərov, Abbas Nəzərəliyev, Əli Əlioğlu, Rəvan Bayramov, Elnur Əlizadə və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kq çəki dərəcələrində I yerlərə layiq görülüblər.

Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.