Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmini məsələləri təhlil olunub

Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmini məsələləri təhlil olunub
14 2017 14:01

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi” - Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr” mövzusunda təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” dövlətimizin başçısının müvafiq Fərmanını xatırladıb.

Layihə barədə məlumat verən M.Alışov bildirib ki, bu layihə liseydə yeni təlim texnologiyalarının, kompüter, “ağıllı lövhə”, internet və digər multimedia vasitələrinin, rəngli və animasiyalı təqdimatların tədris prosesinə tətbiqinin, burada media dərs bazasının yaradılması və bu dərslərdən istifadə etməklə “45 dəqiqəlik dərs” məhdudiyyətinin aradan qaldırılmasının nə dərəcədə faydalı və səmərəli olması haqqında müəyyən təsəvvür yarada bilər. Bütün bunlar “İdrak” liseyində təhsilin yeni bir pilləsini formalaşdırmağa və növbəti mərhələyə keçidə imkan verəcək.

Tədbirdə “media dərs” nümunələri və “İdrak” liseyinin fəaliyyətindən bəhs edən film göstərilib.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.