Taksi xidmətləri qiymətləri qaldırdı – SİYAHI

Taksi xidmətləri qiymətləri qaldırdı – SİYAHI
01 2017 17:21

Bakıda havanın qarlı olması ictimai nəqliyyatı, demək olar ki, iflic edib. 

REALPRESS.Az Fins.az-a istinadən xəbər verir ki, yollarda vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq, taksi xidməti göstərən şirkətlər də gediş haqqını artırıb.  

Müraciət etdiyimiz şirkətlərə sinvolik olaraq Dövlət Statistika Komitəsinin yanından metronun “Xətai” stansiyasına gedəcəyimizi bildirdik. Şirkətlər həmin yolu bu qiymətə gedir:

“189 taksi” xidməti bu yolu 6,80 manata aparacaqlarını bildirib. Lakin adi günlərdə bu yolu 4 manata gedirlər. 

“Ekonom taksi” şərti məsafəni 4,80 manata gedəcəyini dedi. Adi vaxtda isə bunu 3,80 manata apardıqlarını bildirdilər.

“Taxi 24” şirkətindən qeyd etdilər ki, əvvəl bu məsafəni 3,60 manata, indi isə 5,60 manata aparırlar.

“Felix taksi” göstərilən yolu əvvəl 3,70 manat, indi isə 5,70 manata apardıqlarını bildirdilər.

“OK taksi” isə qiymətləri 2 manat artırıb. Belə ki, göstərilən şərti yolu şirkət indi 5,30 manata aparır.

Göstərilən şərti marşrutu ən baha qiymətə gedən “London taksi”sidir. Belə ki, həmin xidmət qeyd olunan yol üçün 9,43 manat ödəniş edilməli olduğunu bildirdi. Amma normal hava şəraitində bu yolu 7 manata apardıqlarını dedilər.

“Uber” isə qiymətləri 4 dəfə qaldırıb. 

Qeyd edək ki, zəng etdiyimiz bütün taksi xidmətləri ən yaxşı halda taksilərin 20-35 dəqiqə ərzində deyilən yerə gələ biləcəklərini bildirdilər. 

Həmçinin, bəzi taksi xidmətləri ilə ümumiyyətlə, danışmaq mümkün olmadı. Onlar hava şəraiti ilə əlaqədar olaraq, ümumiyyətlə, işləmirlər. 


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.