Sentyabrın 19-da bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək

Sentyabrın 19-da bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
18 2024 12:10

Ölkə ərazisində sentyabrın 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.


19 Sent 2024
Dünya

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.

18 Sent 2024
Dünya

Özbəkistanda qaz yatağında qəza olub, ölənlər var

Özbəkistanın Baysun rayonundakı “Müstəqilliyin 25 illiyi” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.

18 Sent 2024
Dünya

İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

İranın Moskvadakı səfiri Kazem Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.