Savelyev: “7 rayon dərhal azad edilməlidir”

Savelyev: “7 rayon dərhal azad edilməlidir”
06 2017 09:19

Azərbaycan güclü müstəqil dövlətdir və heç vaxt öz ərazisinə terrorçuları buraxmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş telelkörpüdə çıxışı zamanı Rusiya Dumasının Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Komitəsinin sədr müavini Dmitri Savelyev söyləyib.

“Biz şadıq ki, bizimlə sərhəddə Azərbaycan kimi güclü xüsusi xidmət orqanları, ordu, əsasən Rusiyadan alınan müasir silahlara sahib olan bütün mənalarda güclü və müstəqil dövlət var. Bu silah həmişə bizim ümumi məqsədlərimiz və ümumi təhlükəsizliyimiz üçün istifadə ediləcək”, – deyə o bildirib.

Deputat Dağlıq Qarabağ konfliktinə də diqqət ayırıb:

“Mən həmişə demişəm və deyirəm ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayon dərhal azad edilməli və heç bir şərtsiz Azərbaycana verilməlidir. Bundan başqa, ortada Xocalı qırğını məsələsi də var. Bu məsələyə qarşı dünya siyasi məkanında ikili standartlar mövcuddur. Belə ki, “erməni soyqırımı”nı tanıyan ölkələr Xocalıdakı dəhşətli vandalizm aktına və soyqırıma diqqət etmirlər. Bizim məqsədimiz bu məsələni dilə gətirib, Xocalı qırğınının soyqırım kimi tanınması istiqamətində hərəkət etməkdir. Diqqət edin, Rusiya və Azərbaycan kədərdə də, sevincdə də bir yerdədir”.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.