Qarabağ Universitetində yeni təyinat olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İradə Əli qızı Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib.
Qeyd edək ki, İ.Süleymanova bundan əvvəl Bakı Dövlət Universitetinin (BDU) Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Sentyabrın 21-də, saat 21:00-dan etibarən Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gələcəklər.