Prezidentin Çingiz Qurbanovun ailəsinə verdiyi ev - FOTOLAR

Prezidentin Çingiz Qurbanovun ailəsinə verdiyi ev - FOTOLAR
11 2017 14:00

Müdafiə Nazirinin müavini Kərim Vəliyev və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə ölkə prezidenti tərəfindən təqdim edilmiş mənzildə Milli Qəhrəmanın atası Salman Qurbanovla görüşüb, mənzildə aparılan təmir işlərinin gedişatı və ailənin qayğıları ilə maraqlanıblar.

AzVision.az Xətai rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, şəhidin atası Salman Qurbanov ailəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib.



Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi İ. Əliyevin tapşırığına əsasən, aidiyyati dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınıb. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, həmçinin, ölkə başçısı tərəfindən şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim olunub.






6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.