Prezident İlham Əliyev: Rio Olimpiya Oyunlarında idmançılarımızın tarixi qələbəsi xalqımızın və dövlətimizin gücünü göstərir

Prezident İlham Əliyev: Rio Olimpiya Oyunlarında idmançılarımızın tarixi qələbəsi xalqımızın və dövlətimizin gücünü göstərir
01 2017 15:01

2016-cı ildə bizim böyük idman qələbəmiz də olub. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanıblar. Azərbaycan 18 medal qazanaraq bir daha sübut etdi ki, ölkəmiz idman dövlətidir və idmançılarımız güclülər sırasındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində səsləndirib. İdmançılarımızın “Rio-2016”-da əldə etdiyi parlaq qələbələrdən danışan dövlətimizin başçısı deyib: “Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Azərbaycan Avropa ölkələri arasında yeddinci, postsovet məkanı ərazisində ikinci, müsəlman aləmində isə birinci yerdədir. Bu, bizim böyük idman qələbəmizdir və eyni zamanda, bu qələbə xalqımızın, dövlətimizin gücünü göstərir”.

Prezident İlham Əliyev vurğulayıb ki, müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz bayram ilində hərbçilərimiz, idmançılarımız bizə qələbə sevinci bəxş ediblər.


6 Sent 2024
Siyasət

Şəkinin daxili yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.

6 Sent 2024
Siyasət

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

6 Sent 2024
Siyasət

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

6 Sent 2024
Siyasət

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.

6 Sent 2024
Siyasət

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.