Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb
04 2017 17:30

Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün “Twitter” səhifəsində yazıb 

Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.

Portuqaliya parlamentinin qəbul etdiyi qətnamə 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümünü soyqırımı kimi tanıyır və bunu pisləyir. Sənəd ötən əsrin 30-cu illərində Ukraynada baş vermiş hadisələrə oxşar halları pisləməyə çağırır.

Qeyd edək ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb. 


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.