Mavriki adası altındakı “gizli” qitə

Mavriki adası altındakı “gizli” qitə
06 2017 09:31

Cənubi Afrikanın Vits Universitetinin professoru Luis Aşvalın rəhbərlik etdiyi tədqiqat qrupu Mavriki adasında 2,5-3 milyard il bundan əvvələ aid olan sirkon kristal parçalara rast gəlib.

AZƏRTAC “Nature Communications” jurnalına istinadla xəbər verir ki, vulkanik lavanın tərkibində tapılan kristallar dəniz altında qalan gizli qitənin mövcudluğuna dair dəlildir. Çünki həmin kristallar Yer üzünə vulkanik lavalar vasitəsilə çıxıb. Alimlər vulkanik bir ada olan Mavrikinin altında “yatan” gizli qitəyə aid daha çox dəlillərə rast gəlinəcəyinə əminliklərini bildirirlər. Onların sözlərinə görə, bir neçə milyon il bundan əvvəl qitələr bir-birindən ayrıldığı zaman nəhəng dalğaların altında qalıb və okeanın dərinliklərinə qərq olub.

Tədqiqatçılar iddia edirlər ki, təxminən bir milyard il əvvəl Yer üzündə sadəcə “Rodinya” adı verilən bir qitə mövcud olub.

Qeyd edək ki, Norveç, Cənubi Afrika, Almaniya və İngiltərədən olan elm adamları 2013-cü ildə Hind okeanında 50-80 milyon il əvvələ aid təxminən 25-30 kilometr qalınlığında qara obyekt kəşf ediblər.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.