Martdan Azərbaycana yeni axın başlayacaq

Martdan Azərbaycana yeni axın başlayacaq
30 2017 08:55

Martın ortalarından Azərbaycana yenidən turist axınının başlayacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, turist axının yayın sonuna qədər davam edəcəyi gözlənilir.

M.Ağakərimov əlavə edib ki, artıq indidən bəzi hotellərin yerləri mart ayının ortaları üçün bronlaşdırılıb. Bu yerləri bronlaşdıranlar isə əsasən, ərəb ölkələrindən olan və iranlı turistlərdir.

M.Ağakərimov qeyd edib ki, Azərbaycana turistlərin daha çox Novruz bayramı günlərində gələcəyi gözlənilir: “Əsasən, ərəb ölkələri – İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər və İrandan daha çox turist gələcək. Yay aylarında isə Rusiyadan gələn turistlərin sayı çoxalır. Eyni zamanda, müalicə turizmi ilə əlaqədar Qazaxıstandan Azərbaycana turistlərin gələcəyi gözlənilir”.

M.Ağakərimovun fikrincə, indiyədək Azərbaycana gəlmək istəyən turistlər üçün əsas maneə viza ilə bağlı idi: “Əvvəllər turist viza almaq üçün müəyyən prosedurlardan keçməli idi. İndi isə elektron viza tətbiq edilib. Elektron viza tətbiq edildikdən sonra Azərbaycanla maraqlanan turistlərin sayı artıb. Artıq hətta Malayziya, Sinqapur, İndoneziya, Hindistan, Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Buna görə həmin ölkələrdən də Azərbaycana turistlərin gələcəyi gözlənilir”.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının ortalarına verilən məlumata görə, 2016-cı ilin həmin dövrünədək (dekabrın ortalarınadək) olan müddət ərzində Azərbaycana gələn turistlərin sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb.

2016-cı il ərzində Azərbaycana Rusiyadan gələn xarici ölkə vətəndaşlarının sayı 7,1 faiz, İrandan gələn vətəndaşların sayı 58 faiz , Qazaxıstandan gələn vətəndaşların sayı 15,8 faiz artıb. 


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.