Latviya səfiri: Azərbaycana gələn latviyalı turistlərin sayı artar, əgər...

Latviya səfiri: Azərbaycana gələn latviyalı turistlərin sayı artar, əgər...
27 2017 10:18

Bakının gözəlliyi, gözəl təbiət və iqlim, zəngin və çeşidli mətbəx, xalqın qonaqpərvərliyi, ölkədə müntəzəm olaraq keçirilən idman yarışları – bütün bunlar Azərbaycanı turistlər üçün cəlbedici edir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu ilin yanvarından xarici vətəndaşlar üçün viza rejimini sadələşdirməsi qərarı birmənalı olaraq ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

Səfir deyib: “Fikrimcə, viza rejiminin sadələşdirilməsi ilə bağlı qərardan sonra Azərbaycana daha çox turist gələcək. Bunun təsdiqi kimi ərəb ölkələri ilə viza rejiminin sadələşdirilməsindən sonra bu ölkələrdən turist axınını göstərmək olar”.

Latviyalı turistlərə gəldikdə isə, səfirin sözlərinə görə, burada müxtəlif cəhətlər rol oynayır.

Y.Maklakovs deyib: “İlk növbədə, birbaşa reysin olmağı vacibdir. Hazırda Bakı ilə Riqa arasında birbaşa reys yalnız yay və qış mövsümlərində fəaliyyət göstərir. Əgər bu reys müntəzəm olarsa, Latviyadan gələn turistlərin sayı artar. Ötən il bu məsələ hər iki ölkənin müvafiq qurumları arasında müzakirə olunmuşdu. İndi hər şey uçuşların rentabelliyindən asılıdır”.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.