Komitə sədri: “Magistratura pilləsi üzrə dərsliklərin hazırlanmasına az diqqət yetirilir”

Komitə sədri: “Magistratura pilləsi üzrə dərsliklərin hazırlanmasına az diqqət yetirilir”
30 2017 15:37

“Azərbaycanda 1998-ci ildən magistraturanın olmasına baxmayaraq, bu təhsil pilləsi üzrə ali məktəblərdə dərsliklərin hazırlanmasına az diqqət yetirilir”.

APA-nın xəbərə görə, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib ki, magistratura pilləsinin dərslik və proqramları bakalavr pilləsinin dərslik və proqramlarından çox az fərqlənir. Komitə sədri qeyd edib ki, doktorantura ixtisasında fəlsəfə, informatika fənlərinin tədris proqramları və dərslikləri olduğu halda, ümumilikdə Azərbaycan təhsilində həmin ixtisas fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

“Təhsilin qanunvericilik bazasının hazırlanması istiqamətində ölkədə mühüm addımlar atılır. Yaxın zamanlarda təhsilin digər pillələrinə dair qanun layihələri hazırlanacaq”.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.