Hava Limanında “ASAN Wi-Fi” istifadəyə verildi

Hava Limanında “ASAN Wi-Fi” istifadəyə verildi
13 2017 15:49

Ölkə ərazisində, xüsusilə, ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədi ilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insana xidmət göstərən Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verilib.

REALPRESS.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir.

Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıb. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.