Gənc jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsinə yekun vurulub

Gənc jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsinə yekun vurulub
14 Dek 2016 10:43

Azərbaycanda jurnalistikanın inkişafına töhfə verərək gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, onları hərbi əməliyyatlar zamanı informasiyanın cəmiyyətə düzgün ötürülməsi ilə bağlı məlumatlandırmaq məqsədilə həyata keçirilən “Həyəcan siqnalı-2” layihəsinin icrası başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə icra olunub.

Layihə çərçivəsində 25 gənc jurnalistə “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki biliklər” və s. mövzularda təlimlər keçirilib.

Təlimlərdə “Dinc Dünya” Araşdırma Mərkəzinin rəhbəri, hərbi jurnalist Əlisəfa Mehdiyev, “Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova və digər ekspertlər iştirakçılara müharibə jurnalistikası barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

Yekunda layihə rəhbəri Türkan Nadirqızı iştirakçılara sertifikatlar təqdim edib.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.