Formula-1 üzrə Azərbaycan Qran-prisinə 48 ölkədən bilet alınıb

Formula-1 üzrə Azərbaycan Qran-prisinə 48 ölkədən bilet alınıb
11 2017 16:55

Formula-1 üzrə Azərbaycan Qran-prisini izləmək üçün Azneft dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasında bütün yerlər satılıb. 

Bu barədə “Report”a yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bunu Azərbaycan Qran-prisinə yaxınlaşdıqca yarışa marağın artması ilə izah edib. O, biletlərin satışında qısa müddət ərzində yüksək artım gözlədiklərini söyləyib: “Yarışa 75 günün qaldığı ərəfədə tribunaların birində bütün biletlərin satılması çox sevindirici haldır. Bu, yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük marağın olduğunu göstərir. Yaxın günlərdə yarış həftəsonu axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən etibarən 2-16 yaş qrupunda olan azyaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Nəticədə biletlərin satışında qısa müddət ərzində yüksək artım gözləyirik”.

23 - 25 iyudan keçiriləcək Formula-1 Azərbaycan Qran-prisində tamaşaçılar üçün müxtəlif biletlər, o cümlədən, bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin ümumi qiyməti tribunadan asılı olaraq 250 - 690 manat arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175 - 480 manat təşkil edir.

Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran-prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı, cümə axşamı baş tutacaq Pit Yolu gəzintisində və həmçinin, yarış həftəsonu ərzində dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında da iştirak edə biləcəklər.

İndiyədək Azərbaycan da daxil olmaqla Bakıda keçirilən növbəti Formula-1 yarışına ümumilikdə 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 %-i Azərbaycanın payına düşür. Qalan 66 %-lik hissə isə xaricdən alınıb. İlk “onluğ”a daxil olan ölkələr bunlardır: Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxstan, ABŞ və Almaniya.

Satılan biletlərdə fərdi müştərilərlə yanaşı, korporativ müştərilər də böyük paya sahibdirlər.

Qeyd edək ki, azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran-prisini tribuna və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir və ayaqüstü zonalar da azı 10 min tamaşaçını qəbul edə biləcək genişlikdədir.


6 Sent 2024
İdman

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

6 Sent 2024
İdman

Dünya çempionatı: 5 sərbəst güləşçimiz xalçaya çıxacaq

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

6 Sent 2024
İdman

Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazanıb

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

6 Sent 2024
İdman

Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar

Azərbaycanın gənc cüdoçuları Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar.

5 Sent 2024
İdman

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.