Əziz Əliyevin nəvəsi: Babam dövlət orqanlarında tutduğu vəzifələrə öz zəhməti ilə yüksəlib

Əziz Əliyevin nəvəsi: Babam dövlət orqanlarında tutduğu vəzifələrə öz zəhməti ilə yüksəlib
25 2017 16:04

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin uşaqlıq və gənclik illəri çox ağır keçib, erməni vandalizminin ağrı-acılarını öz taleyində yaşayıb. Ancaq buna baxmayaraq, Əziz Əliyev sonrakı illərdə zəhməti və ağlı ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gəlib. Babam dövlət orqanlarında tutduğu vəzifələrə öz zəhməti ilə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bunu yanvarın 25-də Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimində iştirak edən Tamfira Əliyeva jurnalistlərə müsahibəsində deyib.

T.Əliyeva ixtisasca həkim olan babası Əziz Əliyevin tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr verdiyini, nümunəvi ailə başçısı kimi həmişə örnək olduğunu da diqqətə çatdırıb.

T.Əliyeva deyib: “Həmişə mənim yanımda olduğu üçün deyə bilərəm ki, Əziz Əliyev alicənab, yüksək mədəniyyətli, səmimi sədaqətli insan idi. Hətta deyə bilərəm ki, o, bu keyfiyyətlərə görə nümunə idi. Ona görə də Əziz Əliyev heç vaxt unudulmayacaq. O, tələbələrinin, onu tanıyanların, onunla bir yerdə işləyənlərin, şəxsən mənim qəlbimdə daim yaşayacaq”.

 


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.