Dövlət İqtisad Universitetinin idarəetməsi dəyişib

Dövlət İqtisad Universitetinin idarəetməsi dəyişib
06 2017 15:58

UNEC-in idarəetməetmə sistemini təkmilləşdirmək məqsədilə universitetdə Ümumi katiblik yaradılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, müasir tələblərə cavab verən idarəetmə sistemi beynəlxalq təcrübə əsasında fəaliyyət göstərəcək.

Sistemin tətbiqi ilə bağlı fakültə katiblərinə təlimlər keçilib. Pilot layihə kimi UNEC-in 3 meqafakültəsində yaradılan sistem gələcəkdə universitetin bütün fakültələrində tətbiq ediləcək.

Yeni sistemə əsasən, inzibati idarəetmə akademik idarəetmədən, cari işlər isə strateji işlərdən ayrılacaq. Rektorun və dekanların cari və inzibati işlərinin görülməsi səlahiyyətlərinin böyük bir hissəsi katibliyə ötürüləcək. Universitet katibliyinə tabe olan qurum cari və inzibati idarəetmə strukturu olaraq, bu işləri həyata keçirən qurumların işini koordinasiya edəcək. Yeni sistemin tətbiqi universitetin kadr resurslarının əməyindən daha səmərəli yararlanmağa səbəb olacaq.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.