Ceyhun Bayramov: “Bəzi peşələr sıradan çıxır”

Ceyhun Bayramov: “Bəzi peşələr sıradan çıxır”
30 2017 15:55

“Sosial-iqtisadi inkişafın tələblərinə uyğun olaraq, təhsil sahəsində bir sıra peşələr, bəzi hallarda təhsil sahələri sıradan çıxır, yaxud yeniləri ilə əvəzlənir”.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov UNEC-də keçirilən “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib ki, bu gün süni intellekt proqramları əqli əməyi əvəzləməkdədir.

Nazir müavini qeyd edib ki, Dünya İqtisadi Forumunun yeni iş yerləri ilə bağlı tədqiqatlarına əsasən, 2015-2020-ci illərdə ofis və inzibatı sahələrdə 4,8 milyon, istehsalatda 1, 6 milyon, mədən və tikinti sahəsində 0, 5 milyon iş yerinin azalması gözlənilir. Tədqiqatların nəticələrinə görə, biznes və maliyyə sahəsində yarım milyon, idarəetmə, kompüter və fundamental tətbiqi elmlər, marketinq, satış sahəsində yüz minlərlə yeni iş yerinin yaradılması planlaşdırılır.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.