BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir”

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir”
10 2017 14:20

"Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir, uşaqlar təhsilə cəlb olunub. Xeyli işlər görülüb, ancaq yenə də işlər görülməlidir".
 
APA-nın məlumatına görə, bu sözləri 132-134 saylı təhsil kompleksində "Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil" mövzusunda keçirilən açıq dərsdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib.
 
Q. İsakzai deyib ki, qızlar və oğlanlara işə düzəlmək sahəsində bərabər şərait yaradılmasına çalışmaq lazımdır: "Oturmuş dəyərlər, ənənələr var və onlara qarşı mübarizə aparmaq lazımdır. Məsələn, çalışmaq lazımdır ki, qızlar üçün erkən evlilik olmasın. Bu, onların təhsildən uzaq qalmasına, cəmiyyətdə layiqli yer tutmasına mane olur. Mənim də 3 qızım var və onların gələcəyi məni narahat edir. Mən onlara deyirəm ki, siz kişilər kimi heç nədən çəkinməyin, həyatda mübariz olun".

6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.