Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edib

Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edib
21 2017 10:25

Yanvarın 20-də Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən qanlı yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov çıxış edərək XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışaraq, 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib.

Baş konsul deyib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.

Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxdığını bildirib.

Tədbirdə, Baş konsulluiğun əməkdaşları,Ajariya Muxtar Respublikasının tanınmış ictimai siyasi xadimlərı, elm və incəsənət adamları, Batumi Dövlət Universitetinin müəllim kollektivi, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.

Anım mərasimində 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınlar, vəhşiliklər nəticəsində milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini əks etdirən sənədli film nümayiş etdirilib.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.