Azərbaycanda nə qədər erməni yaşayır? – RƏSMİ

Azərbaycanda nə qədər erməni yaşayır? – RƏSMİ
31 2017 10:01

Onlar öz mənşələrini gizlətməyə çalışırlar.

Azərbaycanda ermənilər təkcə işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşamırlar. Hazırda Qarabağ istisna olmaqla, Azərbaycanın müxtəlif rayon və şəhərlərində erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Bəzi məlumatlarda Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir. Amma bu rəqəmlər rəsmi şəkildə öz təsdiqini tapmayıb.

Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə bu barədə bildiriblər.

Bakıda yaşayan ermənilərin böyük bir hissəsi ad və soyadlarını dəyişərək özlərini rus, yaxud da yəhudi kimi təqdim edirlər. Əksər hallarda onlar öz mənşələrini gizlətməyə çalışırlar. Hazırda daha çox Bakıda yaşayan ermənilər yaşlı nəslin nümayəndələridir.

Ümumilikdə, Azərbaycanda nə qədər erməni yaşayır?

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanovun Azvision.az-a verdiyi məlumata görə, əhalinin milli tərkibi haqqında məlumatlar yalnız 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması nəticəsində əldə edilir.

1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış ekspert hesablamaları nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120 086 nəfər təşkil edib və 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunlarına əsasən Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 nəfər olub.

Onların əksəriyyəti (104 nəfər) Bakı şəhərində məskunlaşıblar.

R. Süleymanov onu da qeyd edib ki, beynəlxalq metodologiyaya görə əhalinin siyahıyaalınması zamanı sorğu olunan şəxslərdən heç bir sənəd tələb olunmur və hər bir şəxs milliyyətini özü müəyyən etməklə sorğunu aparan şəxsə bildirir.

Komitə rəsmisi onu da qeyd edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının hansı vəzifədə çalışdıqları ilə bağlı göstəricinin Dövlət Statistika Komitəsində statistik müşahidəsi aparılmır.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.