Azərbaycanda ilk dəfə “Davosa doğru: Bakı” Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə “Davosa doğru: Bakı” Forumu keçiriləcək
14 2017 10:33

Yanvarın 17-də Azərbaycanda ilk dəfə “Davosa doğru: Bakı” Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Global Shapers: Baku Hub” və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək forum zamanı Davos Dünya İqtisadi Forumuna canlı bağlantı təşkil olunacaq və beynəlxalq panel sessiyası keçiriləcək. “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının koordinatoru Müşfiq Həsənov panelin moderatoru olacaq.

“Davosa Doğru: Bakı” Forumunda “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” və “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” mövzularında panel müzakirələri aparılacaq, dövlət rəsmilərinin çıxışları və mövzu ilə bağlı fikirlər dinləniləcək.

Müzakirələrdə startap ekosisteminin formalaşdırılması, gənc sahibkarlar üçün imkanlar və alətlər, bu sahədə müasir çağırışlar və problemlər, həmçinin “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Gəncliyi 2015-2025-ci illərdə” strategiyasının və digər milli və beynəlxalq səviyyəli sənədlərin müddəaları və gənclərin məşğulluğunun təmin olunmasında rolu ətrafında fikir mübadiləsi aparılacaq.

Forum çərçivəsində gənc sahibkarların startaplarından ibarət sərgi təşkil ediləcək. Sərgidə “Youth Inc.” Proqramının nümayəndələrinin startaplarından ibarət stendlər nümayiş olunacaq. Həmçinin “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin fəaliyyətində yaxından iştirak edən startapların forumla bağlı çıxışlarından ibarət videotəqdimatlar keçiriləcək. Sərginin keçirilməsində məqsəd forumun mövzusunu nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasına dəstək göstərmək üçün gənc sahibkarları potensial tərəfdaş, investor və müştərilərlə əlaqələndirməkdir.

Xatırladaq ki, forumun tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth Inc.” Proqramıdır.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.