Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib
28 Dek 2016 10:50

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra dövlətimizin başçısı səyyar “ASAN qatar” ilə tanış olub.

Məlumat verildi ki, səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.


6 Sent 2024
Siyasət

Şəkinin daxili yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.

6 Sent 2024
Siyasət

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

6 Sent 2024
Siyasət

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

6 Sent 2024
Siyasət

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.

6 Sent 2024
Siyasət

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.