Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.
Oxu.Az-ın Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Respublika Baytarlıq Laboratoriyası tərəfindən iki baş iribuynuzlu heyvandan götürülmüş nümunələrdə qarayaranın mövcudluğunu təsdiqləyən bakterioloji tədqiqatların nəticələri alınıb.
"Canlı heyvanların və heyvandarlıq məhsullarının idxalı və ixracına qadağa qoyulub. Ərazi baytarlıq müfəttişliyi yerli icra hakimiyyəti orqanlarının baytarları ilə birlikdə heyvanların ev-ev yoxlanılmasını, peyvəndlənməsini və heyvan sahibləri ilə izahat işlərini aparır", - deyə nazirliyin məlumatında bildirilib.
"Kənd Təsərrüfatı Nazirliyinin respublika epizootiyaya qarşı dəstəsi ləğvetmə tədbirlərinin, o cümlədən dezinfeksiya işlərinin aparılması üçün yaşayış məntəqəsinə göndərilib. Lazımi mütəxəssis heyəti və xüsusi texnika mövcuddur", - deyə rəsmilər qeyd ediblər.
Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.
İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.
İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.