ABŞ-ın prezidenti: Mən bu qırğına son qoyacağam – YENİLƏNİB

ABŞ-ın prezidenti: Mən bu qırğına son qoyacağam – YENİLƏNİB
21 2017 09:03

“Qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Meksika ilə sərhəddə divar tikiləcək”.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.

Tramp həmçinin qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikiləcəyini, ölkədən kriminal keçmişli insanların deportasiya olunacağı barədə məlumatı da təsdiqləyib.

“Boş söhbətlərin vaxtı keçib, real işlər görmək dövrü başlayır. Dəyişikliklər bu andan başlayır. Bu anlar Amerika xalqınındır.

Bu sizin gününüz və bayramınızdır. Bu ölkə sizə məxsusdur. 20 yanvar 2017-ci il tarixi ölkəyə insanların idarə etməyə başlandığı gün kimi düşəcək”,-  deyə D.Tramp bildirib.

22:00

“ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək”.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.

“ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacağam”,- deyə D.Tramp bildirib.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.