8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi – 95 min də təzminat istədi

8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi – 95 min də təzminat istədi
06 2017 15:20

Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.

REALPRESS.COM Femida.az-a istinadən xəbər verir ki, Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan varib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanınan tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.
Bakı Apellyasiya məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonraFəridə Əsgərovanınatası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə "Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn” deyib. Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da deyib.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.