2016-cı ildə “LTE” smartfonlarının tədarük həcmi 1 milyardı ötüb

2016-cı ildə “LTE” smartfonlarının tədarük həcmi 1 milyardı ötüb
03 2017 09:11

“Counterpoint” şirkətinin analitiklərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon tədarükü 3 faiz yüksələrək 1,5 milyardı ötüb. Bu halda ilin son rübündə smartfonların tədarük həcmi 9 faiz artaraq 440 milyon aparat təşkil edib.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ötən il dünya bazarına “LTE” texnologiyasını dəstəkləyən 1 milyarddan çox smartfon tədarük olunub. Beləliklə, 5 qurğudan 4-ü dördüncü nəsil mobil rabitə standartını dəstəkləyib. Ekspertlər Çini “LTE” texnologiyasının tətbiqi üzrə lider adlandırıblar və bildiriblər ki, “LTE” abunəçilərinin ümumi sayının təxminən 50 faizi həmin ölkənin payına düşür.

ABŞ, Çin və Hindistan ən böyük smartfon satış bazarı olublar: 2016-cı ildə dünyada istehsal edilmiş smartfonların ümumi həcminin təxminən 50 faizi bu ölkələrə tədarük edilib.

Brendlər haqda məlumat verən analitiklər bildiriblər ki, ilin nəticəsinə görə, smartfon bazarının liderləri “Apple” və “Samsung” şirkətlərinin tədarük həcmində azalma qeydə alınıb, Çin şirkətləri (“Huawei”, “Oppo” və “Vivo”) isə artımı təmin ediblər.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.