Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb

Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb
19 Sent 2024 16:54

Sentyabrın 18-də Livanda elektron cihazların partlaması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livanın səhiyyə naziri Firas Abyada istinadən məlumat yayıb.

Bundan əvvəl ölkə hakimiyyəti ötən gün baş verən partlayışlarda 20 nəfərin öldüyü barədə məlumat vermişdi.

Səhiyyə naziri əlavə edib ki, partlayışların ikinci dalğası zamanı xəsarət alanların sayı 708-ə çatıb.

Sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır.

Livanın Mülki Aviasiyasının baş direktoru elektron cihazların partladılmasından sonra sərnişinlərin təyyarələrə peycer və radio aparatları gətirməsini qadağan edən yeni göstəriş verib.

Livan partlayışlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.


19 Sent 2024
Siyasət

Şuşada Bayraq Meydanının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.

19 Sent 2024
Siyasət

Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

19 Sent 2024
Siyasət

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüblər

İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılmış Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.

19 Sent 2024
Siyasət

İlham Əliyev Xankəndinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

19 Sent 2024
Siyasət

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.