Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib
15 Sent 2024 11:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubunda Nikaraqua Prezidentini və onun simasında bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edən dövlətimizin başçısı bildirib: "İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".

Prezident İlham Əliyev bu bayram günündə Daniel Orteqa Saavedraya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıb.


18 Sent 2024
Siyasət

Səudiyyə Ərəbistanından 100-ə yaxın iş adamı Azərbaycana səfər edəcək

Gələn ay Səudiyyə Ərəbistanından 100-ə yaxın iş adamının Azərbaycana səfər edəcəyi gözlənilir.

18 Sent 2024
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.

18 Sent 2024
Siyasət

Milli Musiqi Günündə Şuşada güllələnmiş heykəllər ziyarət olunub

Milli Musiqi Günündə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəllərini ziyarət edib.

18 Sent 2024
Siyasət

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-da Rusiyaya gedəcək.

18 Sent 2024
Siyasət

I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.