Səid Nəcəfzadə: "İlk dəfədir ki, Paralimpiya Oyunlarında qızıl medal qazanıram"

Səid Nəcəfzadə: "İlk dəfədir ki, Paralimpiya Oyunlarında qızıl medal qazanıram"
10 Sent 2024 10:41

"Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir".

Oxu.Az xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.

O, Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığını vurğulayıb:

"Ötən dəfəki Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızıl medalla əvəzləyə bildim. Çox xoşbəxtəm".

T13 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanan digər paraatlet Orxan Aslanov dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:

"Ürəyim doludur. Tokiodan sonra Parisdəki yarışda da qızıl medal qazandım".


18 Sent 2024
Cəmiyyət

Manatın məzənnəsi sabit qalacaq - Rəsmi

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

18 Sent 2024
Cəmiyyət

Salyanın yeni icra başçısı kollektivə təqdim olunub

Salyan Rayon İcra Hakimiyyətinin yeni başçısı Rüstəm Xəlilov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

18 Sent 2024
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək (FOTO)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhidin dəfn tarixi məlum olub.

18 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bir dollara yaxın bahalaşıb.