FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib
06 Sent 2024 17:20

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Xidmət tərəfindən Laçın şəhərində yerləşən “Həkəri Riverside” hotelində, Xankəndi şəhərində fəaliyyət göstərən “Xanabad” və “Xarı Bülbül Keytring” restoranlarında, “Rahat market” şəbəkəsinin filialında, inşaat işləri aparılan 4 nömrəli tam orta məktəbində, həmçinin Ağdam şəhərində tikintisi davam etdirilən 160 yerlik körpələr evi-uşaq bağçasında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi vurğulanıb. Həmçinin, ərazilərin təmiz saxlanılması, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə olmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.


16 Sent 2024
Siyasət

Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

“İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio Beynəlxalq Forumunda əsas qonaq qismində iştirak edib. Məlumdur ki, bu nüfuzlu forumun işinə bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar”.

15 Sent 2024
Siyasət

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

15 Sent 2024
Siyasət

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.

15 Sent 2024
Siyasət

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.

15 Sent 2024
Siyasət

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də "Formula-1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, "Formula-1"in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.