Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
06 Sent 2024 10:50

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Qastronomiya Günündə Azərbaycanla yanaşı, İslam ölkələri arasında əsas turizm bazarları hesab olunan Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İrandan olan kulinariya nümayəndələri iştirak edirlər.

Tədbirin ikinci hissəsində açıq hava şəraitində qurulan çadır stendlərində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın "İftar və onunla bağlı sosial-mədəni ənənələr" adlı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası keçiriləcək.

Bundan əlavə, tədbir çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarının qastronomiya və maddi-mədəni irs nümunələrindən ibarət milli turizm brendlərinin sərgisi təşkil olunacaq.

Həmçinin, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş əlyazmalar, xəttatlıq mətnləri, dini mətnlər və miniatürlərdə tətbiq olunan çoxəsrlik dekorativ sənət olan "Təzhib sənəti"nin irs nümunələri ziyarətçilərə təqdim olunacaq.


10 Sent 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 10.09.2024

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.