Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür
15 İyul 2024 13:45

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.

X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.

Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə çəkib. Həmin video qısa müddət ərzində sosial mediada trendə çevrilib.

Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlandırılıb.



6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.