Naxçıvanda velosiped yarışı keçirilib

Naxçıvanda velosiped yarışı keçirilib
12 İyul 2024 16:47

Naxçıvan Muxtar Respublikasında 10 km məsafə üzrə velosiped yarışı keçirilib.

"Report" Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvanın 100 illik yubileyi, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə təşkil edilən turnirə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.

İştirakçılar Heydər Əliyev Muzeyinin önündən başlayaraq, marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət ediblər.

Yarışın qalibi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yeri tutub. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü olub.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov ilk üç yerin sahiblərini diplomla təltif edib.

Qeyd edək ki, yarış ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin təbliği, əhalinin sağlam həyat tərzinə sövq edilməsi və ekosistemin qorunmasına töhfə verilməsi məqsədləri daşıyıb.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.