Yığmamız Portuqaliyaya qarşı

Yığmamız Portuqaliyaya qarşı
12 İyul 2024 11:30

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışın qrup mərhələsində ilk matçına çıxacaq.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız Portuqaliya ilə görüşəcək. B qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının B divizionunu iyulun 21-dək davam edəcək. Komandamız iyulun 13-də saat 16:30-da Böyük Britaniya, 14-də saat 14:00-da İrlandiya, 17-də saat 14:00-da Niderlandla üz-üzə gələcək.

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
I tur, 12 iyul
21:30. Portuqaliya - Azərbaycan

Mioveni İdman Zalı


6 Sent 2024
İdman

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

6 Sent 2024
İdman

Dünya çempionatı: 5 sərbəst güləşçimiz xalçaya çıxacaq

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

6 Sent 2024
İdman

Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazanıb

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

6 Sent 2024
İdman

Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar

Azərbaycanın gənc cüdoçuları Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar.

5 Sent 2024
İdman

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.