İşğaldan azad edilmiş ərazilərdə 2500-ə yaxın şəxsin məşğulluğu təmin edilib

İşğaldan azad edilmiş ərazilərdə 2500-ə yaxın şəxsin məşğulluğu təmin edilib
11 İyul 2024 17:29

İndiyədək işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılan şəxslərin 2500-ə yaxını məşğulluqla təmin edilib.

"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin rəhbəri Mais Musayev deyib.

O qeyd edib ki, Məşğulluq Agentliyinin təqdim etdiyi vakansiyalar üzrə 1800-dən artıq şəxs işlə təmin olunub. M.Musayevin sözlərinə görə, özünüməşğulluq proqramına 110 nəfər, peşə hazırlığına 100-ə yaxın şəxs, birgə maliyyələşmə üzrə reyestrə 14 nəfər cəlb olunub. Departament rəhbəri bildirib ki, 800-ə yaxın şəxslə məşğulluğa cəlb olunmaq üçün iş aparılır.

Laçın üzrə məşğulluq göstəricilərinə gəlincə, M.Musayev vurğulayıb ki, Laçında köçün həyata keçirildiyi ərazilər üzrə 800-ə yaxın şəxs işlə təmin edilib.

"Burada 31 nəfər özünüməşğulluq proqramına, 34 nəfər isə peşə hazırlığına cəlb edilib. Laçında iki dəfə əmək, bir dəfə isə peşə yarmarkası keçirilib. Yarmarkalarda 44 müəssisə iştirak edib və 500-ə yaxın vakansiya təqdim edilib. Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Ümumilikdə isə mütəmadi olaraq Laçında fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil olunur", - o əlavə edib.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.