Azərbaycan güləşçiləri xatirə turnirində 5 medal qazanıblar

Azərbaycan güləşçiləri xatirə turnirində 5 medal qazanıblar
01 İyul 2024 17:17

Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turnirində 5 medal qazanıblar.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər iştirak ediblər.

Ənənəvi turnirdə böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında millimizin bir neçə üzvü mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıblar.

Əli Rəhimzadə (65 kq) və Aslan Abakarov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kq) və Şamil Zubairov (92 kq) isə üçüncü yeri tutub.


6 Sent 2024
İdman

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

6 Sent 2024
İdman

Dünya çempionatı: 5 sərbəst güləşçimiz xalçaya çıxacaq

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

6 Sent 2024
İdman

Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazanıb

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

6 Sent 2024
İdman

Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar

Azərbaycanın gənc cüdoçuları Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar.

5 Sent 2024
İdman

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.