Tacikistan Prezidenti COP29-dan effektiv nəticələr gözləyir

Tacikistan Prezidenti COP29-dan effektiv nəticələr gözləyir
11 İyun 2024 17:12

Tacikistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına dair iqlim gündəliyi üzrə effektiv nəticələr əldə ediləcəyinə əmindir.

“Report” Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Emoməli Rəhmon bu gün "Davamlı İnkişaf üçün Su, 2018-2028" Beynəlxalq Fəaliyyət Onilliyi üzrə III Beynəlxalq konfransın açılışında deyib.

“Tacikistan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26, daha sonra isə Şarm Əl-Şeyx və Dubayda keçirilən növbəti sessiyalardan başlayaraq tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək iqlim gündəliyində su mövzusunu gücləndirmək üçün fəal işləyir. Əminik ki, bu il Bakıda keçiriləcək növbəti iqlim sessiyası çərçivəsində bu istiqamətdə səmərəli nəticələr əldə ediləcək”, - o bildirib.

Prezident əlavə edib ki, Tacikistan “yaşıl iqtisadiyyat”a keçid üçün səylərini ikiqat artırır və 2032-ci ilə qədər ölkənin elektrik enerjisi istehsalını indiki 98%-dən 100%-ə çatdırmağı planlaşdırır.

O əlavə edib ki, Tacikistan 2037-ci ilə qədər "yaşıl ölkəyə" çevrilmək niyyətindədir: “Bu kontekstdə bərpa olunan enerji mənbələrindən tam istifadə etməklə yanaşı, biz “2040-cı ilə qədər ölkənin təbii yaşıllaşdırılması proqramı”nı qəbul etmişik, buna görə də bu müddət ərzində iki milyarddan çox ting əkmək lazımdır”.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.